Mayın 18-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 66,99 dollara satılıb. Bu barədə fins.az-a Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib. Məlumata görə, bu, mayın 15-də qeydə alınmış qiymətdən 0,17 dollar azdır. Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.


Şərhlər