Menu

Babək Zəncani İranda saxlanılıb

30.12.2013, 20:15
Babək Zəncani İranda saxlanılıb

Türkiyədə həbs edilən iş adamı Rza Zərrabın şəriki Babək Zəncani İranda saxlanılıb.

Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, İran Ədliyyə Nazirliyindən faktı təsdiqləyiblər.

İranın "Fars" xəbər agentliyi də B.Zəncaninin saxlandığı barədə məlumat yayıb.

B.Zəncaninin Türkiyədə korrupsiya qalmaqalında adı hallanaraq həbs edilən iş adamı R.Zərrabın ortağı olduğu iddia edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol