Menu

"Gənclik" metro stansiyasının bir giriş-çıxışı bağlanacaq

19.05.2015, 17:34
"Gənclik" metro stansiyasının bir giriş-çıxışı bağlanacaq

"Gənclik" stansiyasının keçidlərində aparılan təmir işləri ilə əlaqədar 1-ci vestibülün bir giriş-çıxışı 2 günlük - 20-22 may tarixinə kimi müvəqqəti olaraq bağlanır.

Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, bağlanacaq giriş-çıxış sadəcə İdman Akademiyası, yeni tikilən ticarət mərkəzi tərəfdən olacaq. Digər 3 giriş-çıxış isə açıq olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol