Menu

Avropa İttifaqı Ukraynaya 200 milyon avro ayırır

19.05.2015, 22:50
Avropa İttifaqı Ukraynaya 200 milyon avro ayırır

Orta və kiçik biznesin inkişafı üçün

Rusiya KİV-nin yaydığı məlumata görə, Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitində (21-22 may) Ukraynanın kiçik və orta biznes subyektlərinin dəstəklənməsi barədə yeni proqram hərəkətə gətiriləcək. Bu barədə, sammit ərəfəsində avropalı mənbə bildirib («TASS»).

Mənbə bu barədə deyib: «Avropa İttifaqında azad ticarət zonasının dərin və hərtərəfli fəaliyyətinə dair razılaşmaya start verilməsi şəraitində Ukraynada kiçik və orta müəssisələrin dəstəklənməsi üzrə 200 milyon avroluq yeni proqram Şərq tərəfdaşlığı sammitində hərəkətə gətiriləcək...».

Mənbə onu da qeyd edib ki, Riqada Aİ-nın Ukraynaya 1,8 milyon avro köməyini reqlamentləşdirən və hələ ilin əvvəlində razılaşdırılmış qarşılıqlı anlaşma Memorandumu imzalanacaq. Kömək üç tranşa bölünəcək və verilməsi Kiyev tərəfindən islahatlarla bağlı öz öhdəliklərinə əməl edilməsi səviyyəsindən asılı olaraq həyata keçiriləcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol