Menu

Ramil Usubov rəisi vəzifəsindən azad etdi

19.05.2015, 23:38
Ramil Usubov rəisi vəzifəsindən azad etdi

Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.

Azvision.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Biləsuvar rayon polis idarəsinin rəisi, polkovnik Saleh Abdullayev işdən azad edilərək sərəncama göndərilib.

Bundan başqa DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə həmin idarənin şöbə rəisi Teymur Hacıyev təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol