Menu

Şumaxerin həyatı üçün təhlükə davam edir

01.01.2014, 12:53
Şumaxerin həyatı üçün təhlükə davam edir

3 gün öncə Fransada oğluyla bərabər xizək sürərəkən yıxılan və başını qayaya çırpan ünlü avtopilot Mixail Şumaxer ikinci əməliyyatdan sonra bir az yaxşılaşsa da, həyatı üçün təhlükə davam edir.

Türkiyə mediasının yaydığı xəbərə görə, həkimlər Qrenob şəhərindəki xəstəxanada süni komada saxlanılan məşhur yarışçının vəziyyətinin nəzarət altında olduğuna dair işarələr olduğunu bildiriblər. Həkim Jan- Fransuaz Payen deyib ki, Şumaxerin sağlamlığının necə olacağını söyləmək çətindir: "Əməliyyatla bir az zaman qazandıq , amma vəziyyətini davamlı təqib edirik". Həkimlər bildiriblər ki, Şumaxerin başındakı dəbilqə onu ölümdən qurtarıb. Almanya mətbuatına görə, toqquşmanın şiddətindən məşhur yarışçının başındakı dəbilqə üç parçaya ayrılıb.

Bu arada dünən təşkil edilən mətbuat konfransından sonra Şumaxerin saxlanıldığı xəstəxana bir media skandalına səhnə olub. "Die Welt" qəzetinin məlumatına görə, şəxsiyyəti açıqlanmayan bir jurnalist din adamı qiyafəsində şumaxerin yatdığı palataya daxil olmağa çalışıb.

Şumaxerin meneceri Sabine Kem bildirib ki, jurnalistin durumu fərq edilib və o, sürətlə xəstəxanadan çölə çıxarılıb. Bu hadisə yarışçının ailəsini şoka salıb.

Musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol