Məlumata görə, bu, 1947-ci il təvəllüdlü Yahyayeva Elmira dünyasını dəyişib
Bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
ANS PRESS-in məlumatına görə, "Report" 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində daha bir qadın dünyasını dəyişib.
Məlumata görə, bu, 1947-ci il təvəllüdlü Yahyayeva Elmiradır.
Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.
Səhiyyə Nazirliyi açıqlama vermişdi ki, yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər isə yaralanıb. Artıq ölənlərin sayı 15 nəfərə çatıb.


Şərhlər