Menu

“NATO bizə, həm də tərəfdaşlarımıza təhlükə yaradır” - Patruşev

20.05.2015, 12:48
“NATO bizə, həm də tərəfdaşlarımıza təhlükə yaradır” - Patruşev

“Rusiya sərhədləri yaxınlığında ABŞ və NATO-nun hücum potensialının artması təkcə bizə deyil, həm də tərəfdaşlarımıza təhlükə yaradır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik şuraları katiblərinin komitəsinin Tacikistanda keçirilən iclasında deyib.

O qeyd edib ki, dövlətlərin öz maraqları uğrunda mübarizəsində əhalinin etiraz potensialından, radikal və ekstremist təşkilatlardan, özəl hərbi şirkətlərdən istifadə ənənəvi hal alıb. “ABŞ və NATO-nun Rusiyaya qarşı aqressivliyi artmaqdadır”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol