Ölkə 2015-ci ildə bu quruma daxil olmağı düşünür
Qazaxıstan cari ildə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmağı planlaşdırır. Bu fikri çərşənbə axşamı Qazaxıstanın baş naziri Kərim Məsimov litvalı həmkarı Algirdas Butkyaviçyusla apardığı danışıqlardan sonra keçirdiyi brifinqdə bəyan tedib: «Qazaxıstan bu il ÜTT-yə daxil olmağı planlaşdırır. Bu yöndə ölkəmizi dəstəklədiyi üçün Avropa İttifaqına (Aİ) və Litvaya təşəkkürümüzü bildirirəm...» («TASS»).
Bundan başqa, Məsimov Litvanı «İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına üzvlük» (İƏİT) ərəfəsində təbrik edib: «Biz ümid edirik ki, Qazaxıstan da bu yolla gedəcək və biz sizinlə nəinki ikitərəfli format üzrə, həm də bu təşkilat çərçivəsində əməkdaşlıq edəcəyik...».
Xatırladırıq ki, Qazaxıstan hələ 1996-cı ildə bu ÜTT-ə üzv olmaq barədə müraciət edib. Bundan sonra isə 4 istiqamət üzrə danışıqlara başlanıb: respublikanın dünya əmtəə bazarına girişi, kənd təsərrüfatı, xidmət bazarına giriş və sistemli məsələlər.
AzPolitika.info


Şərhlər