Menu

İŞİD qədim Palmira şəhərinin bir hissəsini ələ keçirib

20.05.2015, 22:24
İŞİD qədim Palmira şəhərinin bir hissəsini ələ keçirib

İŞİD terror qruplaşmasının silahlıları Suriyada qədim Palmira şəhərinin üçdə bir hissəsini ələ keçirib.

APA-nın BBC-yə istinadən məlumatına görə, şiddətli döyüşlərdən sonra silahlılar hökumət qoşunlarını qədim şəhərin bir neçə bölgəsindən sıxışdırıblar.

Qeyd olunur ki, yaxınlıqda yerləşən qaz yatağı da İŞİD-in hədəfindədir. Terrorçuların Palmiraya hücumu may ayının əvvəlindən başlayıb. Döyüşlər zamanı hər iki tərəf böyük itki verib.

Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol