Menu

Türkiyə «Türk axını»nın tikintisində iştirak etməyəcək

20.05.2015, 22:36
Türkiyə «Türk axını»nın tikintisində iştirak etməyəcək

«Qazprom» Avropa İttifaqını qabaqlamağa çalışır

Türkiyə «Türk axını» qaz kəmərinin tikintisində iştirak etməyəcək. Bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bəyan edib (Rosbalt).

«TRT Haber» telekanalına müsahibəsində nazir deyib ki, tikinti başa çatandan sonra Türkiyə Ədirnədə yaradılması nəzərdə tutulan Rusiya-Türkiyə birgə müəssisəsinin həmtəsisçisi olacaq. Məhz burada da qaz kəməri marşrutun quru hissəsinə çıxacaq.

Nazir onu da qeyd edib ki, ölkəsində «Transxəzər» qaz kəmərinin (TANAP) tikintisi sürətləndirilmiş ahənglə həyata keçirilir. Yıldızın sözlərinə görə, TANAP həm Türkiyə üçün, həm də bütöv reqion üçün böyük əhəmiyyət kəsb edir.

Nazirin sözlərinə görə, bu iki layihə bir-birinə rəqib deyil: «Hal-hazırda Türkiyə iki mühüm layihənin reallaşdırılması üzərində işləyir. Onlardan biri TANAP, digəri isə «Türk axını»dır. Gələcəkdə Türkmənistan da TANAP layihəsinə qoşula biləcək...».

Xatırladaq ki, bu gün xəbər verildiyinə görə, «Qazprom» ilk dəfə olaraq bu ixrac layihəsini Türkiyəyə qarşı heç bir ilkin şərt qoymadan isə salıb. Bugünkü vəziyyətə, Ankara «Türk axını»nın tikintisinə hələlik öz razılığını bildirməyib.

Bu arada, Rusiyalı qaz holdinqi hesab edir ki, Türkiyə ilə müqavilə bu ölkədə iyunun 7-də start götürəcək parlament seçkiləri başa çatandan sonra bağlanacaq. Öz növbəsində, Ankara həm də «Botaş» dövlət neftqaz şirkəti üçün bəzi güzəştlər gözləyir.

Rusiyanın qaz inhisarçısı «Qazprom» Avropa İttifaqının kontr strategiyasını (İran və Türkmənistan qazının Avropaya çatdırılması planları) qabaqlamaq və qazı Türkiyəyə, oradan da Cənub-Şərqi Avropaya çatdırmaq üçün tələsir. Amma parlament seçkilərindən sonra Türkiyədə energetika naziri dəyişə bilər ki, bu da «Türk axını» layihəsi üzrə Ankara ilə Moskva arasında danışıqlar prosesini çətinləşdirə bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol