Menu

“Ukraynada 14 min Rusiya əsgəri var” - Poroşenko

21.05.2015, 01:08
“Ukraynada 14 min Rusiya əsgəri var” - Poroşenko

Ukrayna ərazisində 4 mindən 14 minədək rus əsgəri var. Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Slovakiyanın prezidenti Andrey Kiska ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Mən istərdim ki, biz situasiyanı aydın dərk edək: Ukraynadakı vəziyyət nə daxili konfliktin nəticəsidir, nə də vətəndaş müharibəsi. Rusiya hərbi qüvvələrinin ərazimizdə mövcudluğu çoxdan müşahidə edilir. Və müxtəlif zamanlarda ərazimizdə təkcə 4-14 min arası Rusiya nizami hərbi qulluqçusu olub” – deyib Ukrayna prezidenti.

Poroşenko bu məlumatların Ukraynanın NATO-dakı tərəfdarlarının təqdim etdiyini söyləyib. Onun sözlərinə görə, rus hərbçilərinin sərhədi keçmə faktları peyk vasitəsi ilə qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol