Menu

Qədim Palmira İŞİD-ə təslim oldu

21.05.2015, 08:57
Qədim Palmira İŞİD-ə təslim oldu

Suriyanın qədim Palmira şəhəri İŞİD terror qruplaşmasının tam nəzarəti altına keçib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Suriya ordusu mayın 20-də şəhəri tərk etmək məcburiyyətində qalıb.

Suriya ordusu şəhərətrafı müdafiə mövqelərinə çəkilərək, Homs və paytaxt Dəməşq istiqamətindəki yolları nəzarətdə saxlayır. Ölkənin Hərbi-Hava Qüvvələri terrorçuların mövqelərinə hava zərbəsi endirir.

Bundan əvvəl, Palmiradan dinc sakinlər təxliyyə edilib, ən qiymətli heykəl və barelyeflər şəhərdən çıxarılıb.

Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol