Menu

İtaliya TAP qaz xəttinin inşasına başlayır

21.05.2015, 10:52
İtaliya TAP qaz xəttinin inşasına başlayır

İtaliyanın İqtisadi İnkişaf naziri Federika Quidi Transadriatik qaz xəttinin (TAP) inşasının başlanmasına icazə verən sərəncam imzalayıb.

"Trend"-in məlumatına görə, bu barədə İtaliyanın İqtisadi İnkişaf Nazirliyindən verilən xəbərdə deyilir.

Məlumatda deyilir ki, Azərbaycan qazını Avropaya çatdıracaq TAP-ın reallaşdırılması məsələsində nazirin sərəncamı sonuncu addımdır: “Bu sərəncam boru xəttinin inşasına və istismarına icazə verir, layihəni və torpaq sahələrinin zəbt edilmə məsələsi də daxil olmaqla, infrastrukturun təcili yaradılmasını təsdiqləyir. Boru xəttinin tikintisi 2016-cı il mayın 16-da başlayacaq və 2020-ci il dekabrın 31-də başa çatmalıdır. Layihə İtaliya üçün strateji cəhətdən əhəmiyyətlidir və enerji resurslarının təchizatının diversifikasiya edilməsinə imkan yaradacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol