Menu

Donbasda həlak olmuş Rusiya «xüsusi təyinatlılar»ının məzarı tapılıb

21.05.2015, 12:18
Donbasda həlak olmuş Rusiya «xüsusi təyinatlılar»ının məzarı tapılıb

Rusiya KİV-in yaydığı məlumata görə, rusiyalı bloger Ruslan Leviyev öz Twitter səhifəsində Ukraynadakı hərbi əməliyyatların gedişində həlak olmuş rusiyalı «xüsusi təyinatlı»nın dəfn olunduğu yeni məzarın şəklini dərc edib. Bloqer, Rusiya Federasiyası hərbi qüvvələri kəşfiyyat idarəsinin həlak olmuş döyüşçülərinin 3 gizli məzarını aşkarlayıb (Rosbalt).

«Dojd» telekanalına verdiyi şərhdə Laviyev deyib: ««Xüsusi təyinatlılar» Ukraynada mayın 5-də həlak olublar, onlar atəş altına düşüblər. Mayın 10-da isə onları dəfn ediblər».

Təhlükəsizlik mülahizələrindən dolayı, bloger məzarların aşkar olunduğu şəhərin adını çəkməkdən imtina edib. Onların Ukraynada həlak olduqları yer də məlum deyil.

Xatırladaq ki, bundan əvvəl Ukraynada iki rusiyalı hərbçinin əsir götürüldüyü xəbər verilmişdi. Onlar tutuqlanan zaman yaralanmışdılar. Ukrayna mənbələrinin məlumatına görə, onları Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terrorizm və ya terrorçu təşkilatda iştirak etmək) ilə cinayət məsuliyyəti gözləyir.

Bu arada isə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Donbasda Rusiya hərbçisi olmayıb və indi də yoxdur.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov insidenti belə şərh edib: «May ayında Luqansk vilayətində Ukrayna təhlükəsizlik qüvvələri (UTQ) tərəfindən əsir götürülənlər - Rusiya vətəndaşları Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev mayın 17-də, tutulan anda Rusiya silahlı qüvvələrinin xidmət keçən hərbçiləri olmayıblar...»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol