Menu

Temperatur 31 dərəcəyə kimi yüksələcək - Proqnoz

21.05.2015, 12:28

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasSabah Azərbaycanda havanın temperaturu 31 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-çşərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Şərq küləyi əsəcək,.

Havanın temperaturu gecə 11-16, gündüz 27-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol