Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın həbs müddətinin uzadılmasına dair şikayətə baxılıb. Bu barədə jurnalistin vəkili Fariz Namazlı özünün sosial şəbəkədki hesabında yazıb. O bildirib ki, Apellyasiya Məhkəməsi Xədicə İsmayılın həbs müddətini 2 gün azaldıb. Jurnalistin həbs müddəti avqustun 22-də bitəcək.
Qeyd edək ki, mayın 14-də Nəsimi Rayon Məhkəməsində jurnalist Xədicə İsmayılın həbs müddəti 2 ay uzadılıb.

Şərhlər