Menu

Şimali Koreya lideri üçüncü dünya müharibəsi xəbərdarlığı etdi

02.01.2014, 17:48
Şimali Koreya lideri üçüncü dünya müharibəsi xəbərdarlığı etdi

Radikal şüarlar həvəskarı olan Şimali Koreya lideri Kim Çen In xalqa yeni il müraciətində bəyan edib ki, Cənubi və Şimali Koreyalar arasındakı konflikt nüvə silahından istifadə olunmaqla, Üçüncü Dünya Müharibəsinə qədər böyüyə bilər. Şimali Koreya diktatoru bir qədər də irəli gedərək, ABŞ-ı da hədələyib. Deyib ki, belə bir müharibədə ABŞ-ı da təhlükə gözləyir.

Rusiyanın "Komsomolskaya pravda" qəzetinin məlumatına görə, belə radikal bir nitqdən sonra gənc diktator Cənubi Koreyaya barış mesajı da yollayıb. İki ölkəni barışığa və əməkdaşlığa çağırıb. İndiki münaqişənin məsuliyyətini isə, Seul və Vaşinqtonun üzərinə qoyub.

Qeyd edək ki,  Kim Çen In bir neçə gün əvvəl öz dayısı Çan Sun Txeki edam etdirmişdi. O, Şimali Koreyada gənc liderdən sonra ikinci nüfuzlu şəxs sayılırdı.

V.Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol