Menu

Azərbaycanlı "heroin qardaşları" həbs edildi

21.05.2015, 19:16
Azərbaycanlı "heroin qardaşları" həbs edildi

Rusiyada azərbaycanlı narkotik alverçiləri mühakimə edilib. Anspress-in məlumatına görə, Bereznikidə yaşayan üç qardaş cinayətkar qruplaşma təşkil etməkdə günahlandırılır. Qanuni biznesə malik olan qardaşlar əlavə olaraq heroin və amfetamin ticarəti ilə də məşğul olublar.

"Heroin qardaşları" haqqında araşdırmalara hələ 2012-ci ildə başlanılıb. Araşdırmanın gedişatında azərbaycanlı narkotik satıcıları iş başında yaxalanıblar.

Məhkəmə A. Qurbanovu və Q. Əhmədovu 23 il müddətinə azadlıqdan məhrum edib. A. Qurbanov isə 24 il 6 ay müddətinə həbs edilib. Məhkum olunanlar həmçinin, hər biri 1 milyon rubl cərimə ödəyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol