Menu

80 nəfərə yaxın məmur və iş adamı həbs olundu - VİDEO

22.05.2015, 18:26

1395906291_hebs_041Türkiyədə səhər saatlarında bir neçə vilayətdə baş tutan əməliyyatlar nəticəsində 80-ə yaxın polis məmuru və iş adamı barəsində həbs qərarı çıxarılıb. ANS TV-nin məlumatına görə, əməliyyatlar Konya başda olmaqla 10 vilayətdə keçirilib. Polis tərəfindən saxlanan şəxslərin “paralel hökumət” qurumu ilə əlaqəli olduğu hesab edilir. Saxlanınlar arasında polis idarələrinin keçmiş rəislərinin olduğu bildirilir.

Türkiyədə Gülən Camaatına yaxınlığı ilə bilinən şəxslərin həbsləri 2013-cü ilin sonlarından etibarən başlayıb. O zaman korrupsiya qalmaqalının üzə çıxması ilə bağlı hökumət daxilində məlumat sızmasını həyata keçirənlərin olduğu üzə çıxdı.

Həmin dövrdən etibarən minlər polis işçisi həbs edilib və vəzifədən kənarlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol