Menu

Rüstəm İbrahimbəyov Bakıya gələcək

23.05.2015, 17:34
Rüstəm İbrahimbəyov Bakıya gələcək

Bir ilə yaxındır xərçəng xəstəliyindən əziyyət çəkən Milli Şuranın fəxri sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov səhhəti ilə bağlı indiki vəziyyətindən danışıb. O, Modern.az saytına hazırda vəziyyətinin yaxşı olduğunu deyib: “Mayın 25-də əməliyyat olunduğum Los-Ancelesə qayıtmalıyam. Hər üç aydan bir müayinəyə gedirəm. Həkimlər bu vaxta qədər keçdiyim müayinələrin, qan analizlərinin nəticələrinin yaxşı olduğunu deyir”.

Hazırda Rusiyada yaşayan kinorejissor yaradıcılığından da danışıb: “Artıq burada bir filmi çəkib bitirmişəm. Hazırda film üzərində səsyazma işləri gedir. İlin axırına qədər Azərbaycana gəlmək istəyirəm”.

Azərbaycanda gedən siyasi-ictimai prosesləri izlədiyin deyən kinorejissor bu barədə danışmaq istəmədiyini də dilə gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol