Ərazidə «kosmik hədiyyə» tapılıb
Qazaxıstan KİV-nin məlumatına görə, bu ölkənin şimalında yerləşən Kostanay vilayətində, sayqakların kütləvi surətdə tələf olduğu ərazidə naməlum şarabənzər predmet aşkar olunub. Məlumatı bölgə prokurorluğunun nümayəndəsi Askar Sızdıkov təsdiqləyib (Rosbalt).
Bu barədə «Naşa qazeta» yazır: «Bəli, onun diametri 60 santimetrdir. Ekspertiza göstərib ki, o, heç bir yüksək radioaktiv fon yaratmır. Hal-hazırda şar Amangəldi rayonunun hakimliyinə çatdırılıb. Böyük ehtimalla o, kosmik gəminin hansısa bir detalıdır...».
Prokurorluq nümayəndəsi tələf olmuş sayqakların buynuzlarının mişarlanıb götürülməsi barədə yayılan şaiyələri təkzib edib. Prokurorun sözlərinə görə, hadisə yerində xüsusi komissiya işləyir və belə «müdaxilə»lərə yol vermir.
Bundan əvvəl də Qərbi Qazaxıstanda bu şara oxşar daha iki şarın tapıldığı bildirilir. Onlar da gümüşü rəngdə, diametrləri isə 60 santimetr olub.
Xəbərdə deyilir ki, ötən 10 gün ərzində Qazaxıstanda tələf olan sayqakların sayı 90 min başa çatıb ki, bu «qırmızı kitab sakini» olan bu heyvanların (qırmızı dərili antilop) ümumi sayının 1/3-i depməkdir. Heyvanların tələfatının səbəbi kimi ölkənin Kənd təsərrüfatı nazirliyi «pasterellez»i göstərir.
AzPolitika.info


Şərhlər