Menu

Ukraynalı deputat məşhur Azərbaycan mahnısını ifa edib - VİDEO

29.05.2015, 11:45
Ukraynalı deputat məşhur Azərbaycan mahnısını ifa edib - VİDEO

Ukraynanın tanınmış estrada ulduzu, Ali Radanın deputatı Zlata Oqneviç sözləri şair Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluna məxsus olan "Gəl ey səhər" mahnısını ifa edib. APA-nın Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, Zlata Oqneviç deyib ki, bu mahnını ifa etməklə Azərbaycanın mədəni irsinə sevgisini, Azərbaycan xalqının ənənələrinə hörmətini və əfsanəvi bəstəkar-müğənni Polad Bülbüloğluna rəğbətini bildirmək istəyib.

Mahnın klipi artıq internetdə yayılıb.

Qeyd edək ki, Z. Oqneviç Ukraynanı 2013-cü ildə "Eurovision" müsabiqəsində təmsil edib. O, ötən il keçirilən növbədənkənar parlament seçkilərində Oleq Lyaşkonun Radikal Partiyasının siyahısından millət vəkili seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol