Yeni təsis olunacaq partiyanın adının Azad Demokratlar Partiyası olması haqqında qərar qəbul edilib

Bu gün Azad Demokratlar Partiyası Təşkilat Komitəsinin 2-ci toplantısı keçirilib.Qurumdan Hafta.az-a verilən məlumata görə, gündəlikdə olan qurultayda hazırlıq məsələləri müzakirə edilib. İclasda yeni təsis olunacaq partiyanın adının Azad Demokratlar Partiyası olması haqqında qərar qəbul edildi. Qurultaya 5 nəfərdən bir olmaqla nümayəndəlik norması qəbul edilib, rayon, şəhər təşkilatlarının təsis konfranslarının keçirilməsinə başlamaq haqqında qərar verilib. Bundan başqa TK üzvləri arasında iş bölgüsü aparılıb, regionlarlada qurultaya hazırlıq üzrə işin aparılması üçün konkret məsuliyyət daşıyan şəxslər müəyyən edilib.

Partiyanın Nizamnamə layihəsi haqqında məlumat verildi və siyasi-ideoloji xəttə barədə ilkin müzakirələr aparılıb. Qərara alınıb ki, 20 yanvar anım mərasimində AzDP TK-nın aktiv iştirak etsin.

Sonda cari məsələlərdə TK sədri ictimai-siyasi vəziyyət barədə qısa çıxış edib və son dövrdə keçirdiyi görüşlər barədə məlumat verib.