Menu

Rövnəq Abdullayevin qatıldığı FİFA konqresində bomba xəbərdarlığı

29.05.2015, 17:30
Rövnəq Abdullayevin qatıldığı FİFA konqresində bomba xəbərdarlığı

İsveçrənin Sürix şəhərində keçirilən FIFA konqresində bomba xəbərdarlığı edilib. Anspress-in məlumatına görə, şəhər polisi yerli saatla 11: 00-da bomba xəbəri ilə bağlı məlumat əldə etdiklərini təsdiqləyib. Verilən məlumatlara görə, təhlükəsizlik məqsədi ilə FIFA konqresi yarımçıq qalıb və salon boşaldılıb.

Konqresdə işləyən jurnalistlər də zaldan uzaqlaşdırlıb. Konqresin davam edib etməyəcəyi isə hələ bilinmir.

Qeyd edək ki, İsveçrənin Sürix şəhərində 28 may tarixindən etibarən FIFA-nın 65-ci konqresi öz işinə başlayb.

Bu gün yekunlaşacaq Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Konqresdə FIFA prezidenti vəzifəsinə iki namizəd – hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn – arasında seçki keçirilməsi planlaşdırılırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol