Qəzza zolağına humanitar yük aparan “Mavi Mərmərə” bərəsinə hücuma görə təzminat məsələsində İsraillə hələ də anlaşma əldə edilməyib. musavat.com-un “Todays zaman” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Bülənt Arınc deyib.
Onun sözlərinə görə, Ankara öz təklifini irəli sürüb, indi söz yəhudilərindir. Hökumət yetkilisinin qənaətincə, İsrail baş naziri Benyamin Netanyahunun üzrxahlığı rəsmi Təl-Əviv tərəfindən basqınının qanunsuz akt olduğunun etirafıdır.
Xatırladaq ki, öt ilin martında Netanyahu ABŞ prezidenti Barak Obamanın yanında Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək, ondan hadisə zamanı Türkiyə vətəndaşlarının ölməsinə görə üzr istəmişdi.

Şərhlər