Menu

“İŞİD bizim üçün təhlükə deyil”

30.05.2015, 09:18
“İŞİD bizim üçün təhlükə deyil”

İŞİD terror təşkilatı İran sərhədləri üçün təhlükə kəsb eləmir. Musavat.com İran informasiya mənbəyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə və silahlı qüvvələrin loqistikası naziri Hüseyn Dehqan bildirib.

İranın yüksək rütbəli məmuru bu gün jurnalistlərlə görüşündə regiondakı situasiya və İranın təhlükəsizliyi barədə danışarkən deyib ki, ölkənin hərbi sistemi, həmçinin təhlükəsizliyi və polisi bu gün elə səviyyədədir ki, İŞİD-dən gələn istənilən hədəni aradan qaldıra bilər.

“Əgər bu qruplaşma İranın təhlükəsizliyini təhdid eləmək qabiliyyətində olsaydı, çoxdan müvafiq addımlara gedərdi. İranın təhlükəsizlik qüvvələri İŞİD-in bütün hərəkətlərini izləyir” - əlavə edib nazir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol