Menu

Payızda Bakı-Tiflis-Qars dəmir yolunun açılışı olacaq

30.05.2015, 12:50
Payızda Bakı-Tiflis-Qars dəmir yolunun açılışı olacaq

“Bu ilin payızında Bakı-Tiflis-Qars dəmiryolu layihəsi ilə bağlı həyata keçirilən bütün işlər sona çatacaq. Biz payız aylarında istismara veriləcək bu dəmir yolunun açılışına hazırlaşırıq”. Bunu APA-ya açıqlamasında Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Gürcüstan üzərinə öhdəlik götürdükləri bütün işləri yerinə yetiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol