Menu

Erməni ata oğlanlarını orduya göndərməkdən imtina edir

30.05.2015, 14:52
Erməni ata oğlanlarını orduya göndərməkdən imtina edir

"Müdafiə naziri Seyran Ohanyan isə fikirləşməlidir ki..."

8 oğul atası Xaçik Xaçatryan özünün 7 oğlunu orduya göndərməkdən imtina edir. Musavat.com-un məlumatına görə, bu barədə “Qraparak” qəzeti yazıb.

“Tez-tez hərbi komissarlıqdan gəlib narahat edirlər. Deyirlər ki, biz uşaqları tibbi müayinəyə göndərməliyik. Mən isə icazə vermirəm, deyirəm nə qədər ki, dövlət mənə nə iləsə kömək etməyib, uşaqlardan heç birini orduya qoymayacağam. Müdafiə naziri Seyran Ohanyan isə fikirləşməlidir ki, bu uşaqlar üçün nə eləmək olar. Orduya getmək vaxtıdır deyirlər, amma fikirləşmirlər ki, ailəyə necəsə kömək eləmək, nəsə etmək lazımdır ki, biz uşaqları hərbi xidmətə göndərə bilək”, – deyə qəzetin əməkdaşına erməni valideyn söyləyib.

Qeyd edək ki, çoxuşaqlı ailə 9 metrlik vaqon-evdə yaşayır. Xaçatryanın sözlərinə görə, tezliklə onları buradan qovacaqlar, getməyə isə yerləri yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol