(Aksiya ilə bağlı ən son xəbərlər üstdəkilər olacaq)
Çıxış üçün son söz Milli Şuranın sədri Cəmil Həsənliyə verilib. Milli Şuranın sədri Cəmil Həsənli mitinqə gələnlərə müraciətlə deyib ki,təzyiqlərinə rəğmən bura gəlmisiniz.
Cəmil Həsənli deyib ki, Azərbaycan siyasi məhbuslar ölkəsinə çevrilib: «Ötən son iki ildə intellektual gəncliyə, siyasilərə, jurnalistlərə qarşı repressiya başlayıb. Kürdəxanını indi bütün dünyada tanıyırlar. Xədicə xanım, Leyla xanım, İntiqam bəy, Tofiq bəy, Anar bəy, Seymur bəy, din adamlarımız, gənclərimiz, jurnalistlərimiz hamısı ordadır».

Cəmil Həsənli mayın 19-da baş verən yanğından da danışıb: «Dövlət adamlarının cinayəti nəticəsində 15 vətəndaşımız həyatını itirdi. Onlardan dörd körpə, biri yeniyetmə idi. Ancaq heç kim vəzifəsini itirmədi. Belə şey olar? İnsanlar yanıb, boğulub. Abid Şərifov deyir ki, Fövqəladə Hallar Nazirliyinin texnikası ora girə bilmirdi. Ölüm üzlüklərini o binalara vuranda bilmirdiniz ki, bunun qarşısını almaq olmayacaq? Azərbaycan vətəndaşlarını bu cür ölümə məhkum edənlərə ar olsun!».
Cəmil Həsənlinin çıxıından sonra, mitinqin qətnaməsi oxunub və "Koroğlu" uverturasının səslənməsi ilə başa çatıb.

Zülfiyyə Abdullayeva daha sonra deyib: «Fəryad edirəm, oğlum günahsızdır. Əqidəsindən dönmədiyi üçün həbsdədir. Şoşuyla-moşuyla camaatı manqurtlaşdırırsınız. Sizə belələri lazımdır? Hüquq müdafiəçilərini, jurnalistləri, gəncləri həbs edirsiniz. Niyə oğluma işgəncə verirsiniz? Min zülmlə uşaq böyütmüşəm, niyə döyürsünüz, ac-susuz saxlayırsınız? Allah bəlanızı versin. Oğlum əqidəsindən əl çəkməyəcək, mübarizəsini də davam etdirəcək».

Rahim Hacıyev mitinqdə iştirak edənlərə müraciətlə deyib ki, «sizin hesabınıza «Azadlıq» qəzeti işini davam etdirir: «Siz Azərbaycanın narazı olan, narazılığını bildirməyən yüz minlərlə insanına nümunəsiniz».
---
Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli mitinq iştirakçılarını salamlayıb, hakimiyyətin mitinqin keçirilməsinə maneçilik törətdiyini bildirib. Onun çıxışı zamanı aksiya iştirakçıları "istefa" tələbləri səsləndiriblər. Ə.Kərimli bildirdi ki, BŞİH-dən havaların isti olmasına görə, aksiyanın saat 17-dən 19-dək keçirilməsi istənilsə də buna şərait yaradılmadı. Ə.Kərimlinin sözlərinə görə, bu da təsadüfi deyil: "Aksiya başlamamışdan öncə biz Binəqədidəki faciədə dünyasını dəyişənlərin ruhunu yad etdik".

Əli Kərimli Binəqədidə baş verən yanğınla bağlı deyib ki, həmin insanlar hökumətin acgözlüyünün qurbanı oldular: «İndi istəyirlər ki, bu dəhşətli cinayəti bir «JEK» müdirinin boynuna qoysunlar».
Daha sonra AXCP sədri binaların yanmasına səbəb olan penoplastların yanğın təhlükəsi daşıdığından hakimiyyət adamlarının əvvəlcədən xəbərdar olduqlarını, ancaq onların xalqın taleyinə laqeyd yanaşdığını bildirib, bunu məsuliyyətsizilk adlandırıb, bu işə görə məsuliyyət daşıyanların cəzalandırılmalı olduğunu deyib. Daha sonra Əli Kərimli hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində ölən şəxslərə görə hakimiyyəti ittiham edi.
Əli Kərimli çıxışında deyib ki, hakimiyyət orduda işgəncə ilə əsgərləri öldürənləri, polis şöbələrində adam öldürənləri müdafiə edir: «Qarabağ qazilərinə də divan tuturlar. Ötən ay Cəlilabada iki Qarabağ qazisi intihar etdi - biri özünü asdı, biri yandırdı. Bu hakimiyyət özləri kimi fərari olmayanları sevmirlər. Etdiklərinizə görə cavab verməli olacaqsınız».
----

Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı aksiya iştirakçılarını salamlayaraq onlara "Xilas Olaq" şüarına dəstək verdiklərinə görə təşəkkür etdi.
Mitinq dövlət himninin səslənməsi ilə açıq elan edildi. Daha sonra aksiya iştirakçıları mayın 19-da Binəqədidəki faciədə və əsgərlikdə müəmmalı şəkildə dünyasını dəyişən gənclərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
--
Milli Şuranın bu gün “Xilas olaq” şüarı altında planlaşdırdığı aksiya bir neçə dəqiqə sonra başlayacaq. Saat 15.00-da “Məhsul” stadionunda baş tutacaq aksiyaya hazırlıq işləri başa çatıb. Amma aksiya öncəsi təşkilatçılar tərəfindən təxribat kimi qiymətləndirilən bəzi olaylar baş verib. Belə ki, Milli Şuranın öncəki aksiyalarında tribunanın önündə asılan "Talana Son" şüarı polis tərəfindən cırılıb. Ona görə budəfəki aksiyada tribunanın önündən "Siyasi Məhbuslara Azadlıq" şüarı asılacaq.
Aksiya ilə bağlı ən son xəbərlər üstdəkilər olacaq.
Daha bir sual doğuran olay aksiya təşkilatçılarının meydana daxil olarkən üzləşdiyi mənzərə olub. Təşkilatçılar tribunanın önündə içi qumla doldurulmuş xeyli sayda plastik butulkalar aşkar ediblər. Təşkilatçılar həmin butulkaları təmizləyiblər. Onların hansı məqsədlə tribunanın önünə atıldığı bilinmir. Hazırda aksiya iştirakçıları heç bir maneə olmadan meydana buraxılır.(azadlıq.info)
Milli Şuranın "Talana son" şüarı altında keçiriləcək kütləvi aksiyanın başlanmasına qısa bir müddət qalmış polislər aksiya iştirakçılarını meydana gətirdiyi plakatı alıb və özləri ilə aparıblar.
Bu barədə Musavat.com-a reportyorumuz Məhəmməd Türkmən məlumat verib.
Bu plakatdan keçən dəfəki mitinqdə istifadə edilibmiş, amma bu dəfə onun qaldırılmasına icazə verilməyib. Bildirilir ki, plakatda iki hissədən ibarət olub: bir tərəfində göyə dikələn alov qüllələrinin möhtəşəm görüntüsü, o biri tərəfində kasıblığı göstərən fotolar əks olunub.
Plakatın nəyə görə müsadirə olunduğu barədə açıqlama verilməyib.






























Şərhlər