Menu

Yanan binanın sakinlərinə sənədlər verildi

30.05.2015, 16:28
Yanan binanın sakinlərinə sənədlər verildi

Anar Hüseynov: "May ayının 22-dən bu günə kimi ümumilikdə 248 vətəndaş müraciəti qeydə alınıb"

Maylın 19-da Binəqədi rayonunda yanan binanın sakinlərinin bir hissəsi artıq öz sənədlərinə sahib olub. Anspress-in məlumatına görə, bu barədə ASAN xidmətin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov açıqlama verib və qeyd edib ki, bu proses davam etdirilir.

Mərkəzin rəsmisi əlavə edib ki, may ayının 22-dən bu günə kimi ümumilikdə 248 vətəndaş müraciəti qeydə alınıb: "Həmin xidmət bütün bina sakinlərinin sənədləri qaydasına gətirilənə kimi davam edəcək. Səyyar formada xidmətlərin göstərilməsi ilə bağlı iş qrafiki Asan Xidmət mərkəzlərinin iş qrafikinə uyğun tənzimlənir", - deyə A.Hüseynov söyləyib.

Xatırladaq ki, 19 may tarixində Binəqədi rayonunda 16 mərtəbəli binada dəhşətli yanğın baş vermişdi. Yanğında 15 nəfər dünyasını dəyişmiş və onlarla insan yaralanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol