Menu

Rusiya elitasında parçalanma ehtimalı

31.05.2015, 16:41
Rusiya elitasında parçalanma ehtimalı

Rusiya KİV-nin yaydığı məlumatda deyilir ki, hakimiyyəti təmsil edənlərin bir qismi ölkədə yaşanan böhran səbəbindən, qeyri-rəsmi təmaslarda mövcud hakimiyyətin davranışlarına narazılıq bidirir. Bəzi yüksək məqamlı şəxslər isə dövri olaraq, müxalifətə köməklik göstərir. «Rosbalt»ın məlumatına görə, Sankt-Peterburqda öz tərəfdarları ilə keçirdiyi görüşdə Dövlət Dumasının deputatı Dmitri Qudkov belə bəyanat səsləndirib.

Qudkov deyib: «Sberbank»ın başçısı German Qrefin bu yaxınlarda yayılan müsahibəsini diplomatik dildən aşağıdakı kimi çevirmək olar: «Dostlar, dörd hərfdən ibarət söz («beda» - fəlakət - red.) gəlir. Effektiv menecment institutu yoxdur, islahatlar kömək etməyəcək...». Aleksey Kudrinin də bəyanatları xeyli kəskin xarakter alıb. Adamlar tanıyıram ki, prezident administrasiyasında təmsil olunsalar da, dəfələrlə kasıb duruma gəliblər. Duma deputatları tanıyıram ki, bizneslərini digər deputatlar əllərindən alıblar, çünki bölünə biləcək piroq xeyli kiçilib. Mənim yanımda bəzi deputatlar narazılıqlarını ifadə edirlər...».

Deputat həm də qeyd edib ki, Nijni Novqorodda mer seçkiləri kampaniyası zamanı «hiss etdim ki, kimsə mənə kömək edir». Məsələn, deputatın yanına biznesmenlər gəlimiş ki, müəyyən tövsiyyələr olmasa bunu etməzdilər.

Qudkov daha sonra deyib: «Elitanın parçalanması baş verməsə, fikirlər dəyişməyəcək. Ən azı, hakimiyyət daxilində «aşağı əyarlı»lar partiyası var və onlar istəyirlər ki, ölkə inkişaf etsin...»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol