Menu

İlk ikimərtəbəli sərnişin qatarı Bakıda - FOTOLAR

31.05.2015, 17:21
İlk ikimərtəbəli sərnişin qatarı Bakıda - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarından biri bu gecə Bakıya gətirilib.

Yeni qatar hazırda Bakı Dəmir Yolu Vağzalındadır. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Digər 4 qatardan biri bu ay, qalan 3-ü isə gələn ilin yanvar ayına qədər Azərbaycana gətiriləcək.

Qatarların alınması üzrə saziş bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində imzalanıb.(fins.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol