Menu

Sirac Kərimlinin apellyasiya şikayəti təmin edilməyib

01.06.2015, 12:02
Sirac Kərimlinin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin apellyasiya şikayəti əsasənda məhkəmə prosesi başa çatıb.

S. Kərimlinin vəkili Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub.

Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunan S. Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol