Qəza nəticəsində iki nəfər ölüb, iki nəfərin vəziyyəti ağırdır
Azərbaycanlı ailə Türkiyədə ağır qəzaya uğrayıb. Anspress-in məlumatına görə, qəza Ərzurumun Pasinler rayonunda baş verib.
İlkin məlumata görə, qəza nəticəsində maşında olan 4 azərbaycanlıdan ikisi ölüb. İki nəfərin vəziyyəti isə ağırdır.
Ağrıdan Ərzuruma gedən 85 CS 573 dövlət nömrə nişanlı maşını Azərbaycan vətəndaşı olan Məmməd Əsgərov idarə edib. Epsemce əhəlləsində o idarəetməni itirib və yük maşınına çırpılıb.
Nəticədə sürücü və Aygün Vəliyeva adlı qadın dünyasını dəyişib. Elçin və Musa Vəliyevlər isə ağır yaralanblar. Onlar xəstəxananın reanimasiya bölməsinə çatdırılıblar.


Şərhlər