Menu

ABŞ-da KXDR-lə anlaşa biləcəklərinə ümid edirlər - Müdafiə naziri

01.06.2015, 15:33
ABŞ-da KXDR-lə anlaşa biləcəklərinə ümid edirlər - Müdafiə naziri

KXDR-in müxtəlif təxribatları, o cümlədən nüvə silahı ilə bağlı təxribatlar bütün dünya, eləcə də Asiya-Sakitokean ölkələri üçün böyük problem olaraq qalır. KİV-in məlumatına görə, bu bəyanatı Sinqapurda keçirilən Asiya-Sakinokean bölgəsi üçün təhlükəsizlik forumunun plenar sessiyasında ABŞ-n müdafiə naziri Eşton Karter səsləndirib (TASS).

Onun sözlərinə görə, Birləşmiş Ştatlar artıq uzun müddətdir ki, Pxenyanın nüvə proqramından narahatlıq keçirir: «Bununla belə, biz hələ də bu problemin diplomatik yolla həllinə ümid edirik...». Bu istiqamətdə Karter, danışıqlar aparan «beşlik» ölkələrinin - Çin, Cənubi Koreya, Rusiya, ABŞ və Yaponiyanın səylərini qeyd edib.

Bununla bərabər, amerikalı nazir etiraf edib ki, hələlik hər-hansı uğur əldə etmək mümkün olmayıb: «Buna baxmayaraq, bu ölkələrdə Koreya yarımadası problemlərinin həlli məsələsində ümumi anlaşma və istək var...».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol