Menu

"Onu oğulluqdan çıxararam..." - Nağılbazın atası

01.06.2015, 16:03
"Onu oğulluqdan çıxararam..." - Nağılbazın atası

"Anar öz dövlətinin əleyhinə bircə bədxah hərəkət etsə onu oğulluqdan çıxararam". Bu sözləri Çexiyada siyasi sığınacaq istəməsi ilə bağlı məlumatlar yayılan məşhur azərbaycanlı repçi Anar Nağılbazın atası Rizvan Cəbiyev deyib.

Keçmiş deputat anspress-ə açıqlamasında, oğlunun bu qərarından xəbərsiz olduğunu bildirib: "İnanırsız, saytlar yazandan sonra xəbər tutmuşam bundan. Mən bildiyimə görə Anar müalicəyə gedib. Qaraciyəri, öd kisəsi xəstədir. Qaçqın kimi getməyindən xəbərim yox idi".

Rizvan bəy oğlunun qaçqın statusu almaq istədiyinə qətiyyən inanmadığını deyir: "Siyasi sığınacaq məsələsinə gəlincə isə, mən belə şeylərə inanmıram. Anar dövlətini sevən, vətənpərvər oğuldur. İnanmıram Vətəninə qarşı nə isə pis addım atsın. Yox, əgər o belə bir iş görsə, öz dövlətinin əleyhinə bircə bədxan hərəkət etsə onu oğulluqdan çıxararam. Anar elə uşaq deyil ki, ölkəsinə dövlətinə xələl gətirsin.

Həm də bir ata kimi onu başa düşürəm. Anar işsizlikdən çıxıb getdi. Ona bir dəfə Türkanda 160 manat maaşı olan iş verdilər. O da onun heç yol pulunu ödəmirdi. Ailəsi, uşaqları var idi. Azərbaycanda rep deməklə ailə dolandırmaq olmur. Bir yandan da səhhətindəki problemlər onu çox sıxırdı. Hamı Anarın necə vətənpərvər olduğunu bilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol