Milli Məclisin üzvü, akademik Cəlal Əliyevin səhhəti pisləşib. AzPolitika.info-ya daxil olan məlumata görə, akademik dünən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
87 yaşlı akademik bir neçə ildir xəstəlikdən əziyyət çəkir və ictimaiyyət arasına çıxa bilmir. Sonuncu dəfə o, 2013-cü ildə qardaşı, mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Fəxri Xiyabanı ziyarət edərkən görünmüşdü.
"AzPolitika"


Şərhlər