ABŞ-ın dövlət katibi Con Kerrinin başına gələn qəza İranla nüvə danışıqlarının ləngiməsinə səbəb olmayacaq. Musavat.com xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmisi Mari Xarf bildirib.
Xatırladaq ki, Kerri ötən həftəsonu Fransada velosipeddən yıxılaraq zədə almışdı.
“Dövlət katibi qətiyyətlə danışıqları davam etdirmək əzmindədir” – deyib Xarf və əlavə edib ki, insidentdən sonra danışıqların cədvəlində dəyişiklik olmayacaq.
Tehranın nüvə proqramına dair danışıqların sonuncu raundu iyunun 4-də başlamalı, ayın axırı üçün yekun anlaşma imzalanmalıdır. Bu anlaşmadan sonra İrana qarşı sanksiyaların bütünlüklə götürülməsi gözlənilir.


Şərhlər