Ukraynanın şərqindəson sutkada döyüşlər zamanı 5 nəfər ölüb. ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin rəhbəri polkovnik Andrey Lısenko açıqlama verib.
Lısenko Ukrayna ordusunun son 24 saat ərzində 5 əsgərin öldüyünü və 4-nün isə yaralandığını bildirib. Ukrayna mətbuatı Marinka kəndi yaxınlığında 2 əsgərin əsir düşdüyünü yazıb.
Rusiyapərəst separatçılar isə mayın 31-də 2 mülki sakinin öldüyünü, 5-nin isə yaralandığını deyirlər.
Qeyd edək ki, BMT-nin son məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.


Şərhlər