Menu

Rəsulzadənin abidəsinin üzərindəki çuval götürüldü - Fotolar

02.06.2015, 10:44
Rəsulzadənin abidəsinin üzərindəki çuval götürüldü - Fotolar

Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsi ilə bağlı yaranmış qalmaqal nəticə veribGəncədə Məmməd Əmin Rəsulzadənin abidəsi ilə bağlı yaranmış qalmaqal nəticə verib. Musavat.com-un verdiyi məlumata görə, artıq abidənin üzərindəki çuval götürülüb.

Qeyd edək ki, Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı Cümhuriyyət qurucularına aşağılayıcı münasibətin olduğunu bəyan etmişdi. “Neçə vaxtdı deyilir, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, onun başına çuval keçirilib".

Bu çıxışdan sonra abidənin yerləşdiyi parkın hansı dövlət qurumunun balansında olması ilə bağlı uzun müzakirələr aparıldı. Deputat Musa Quliyev parkın Nəqliyyat Nazirliyinin balansında və baxımsız vəziyyətdə olduğunu bildirdi. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti isə bu iddianın əsassız olduğunu bəyan etdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol