Rusiyalı oliqarxın azadlığa çıxması ilə bağlı maraqlı iddialar
Almaniyanın iki siyasi eksperti rusiyalı oliqarx Xodorkovskinin azadlığa buraxılması və Almaniyaya səfəri ilə əlaqədar maraqlı fikirlər söyləyiblər. Rusiya üzrə ekspert Aleksandr Rarın sözlərinə görə, oliqarxın azadlığa çıxmasında rolu olan Almaniyanın keçmiş xarici işlər naziri Genşerin nəaliyyəti onu göstərir ki, hal-hazırda Berlinlə Moskva arasında britaniyalılar və amerikanlarda olmayan işlək kanal mövcuddur və Xodorkovskinin azalıga çıxması alman gizli diplomatiyasının triumfudur.
Bu məsələ ilə əlaqədar digər fikirlərin müəllifi isə Peter Şvarçdır. Onun”World Sosialist Web Site” internet resursundakı məqaləsində sual olunur ki, nə üşün Berlin keçmiş rus oliqarxının həyatında bu cür iştirak edir? Müəllif qeyd edir ki, həbsdən çıxan kimi Xodorkovski Almaniyaya uçdu və keçmiş xarici işlər naziri və eyni zamanda alman siyasətinin “ağır artileriyası” sayılan Frans Ditrex Genşerlə görüşdü. Genşer 1969–1992-ci illər arasında alman siyasətinin aparıcı və mühüm şəxslərindən biri olub. Məlum olur ki, Genşer bu illər ərzində “Yukos” rəhbərinin həbsdən azad olunmasına çalışan şəxs olub. Peter Şvarç öz məqaləsində daha sonra yazır: “Genşerin Xodorkovskini humanitar nöqteyi-nəzərdən müdafıə etməsi inandırıcı görünmür. Dünyada minlərlə siyasi məhbus var və Putinlə münasibətinə görə həbsdə olması onu demokratiya uğrunda əzabkeş etmir. Xodorkovski SSRİ-nin dağılmasından sonra imtiyazlı oliqarxlar klubuna daxil olub. O özünun komsomoldakı start mövqeyindən yararlanaraq dövlət mülkiyyətini talan, dələduzluq və möhtəkirlik yolu ilə ələ keçırib. Məhz ümumxalq mülkiyyətini talamağın tərəfdarı olduğuna görə alman siyasətçilərinin gözündə qiymətə minib. Xodorkovskinin azadlığı ən əvvəl Rusiyanın Qərb kapitalına açılması və məhdudiyyətsiz açıq bazar deməkdir. O da faktdır ki, Xodorkovskini əfv etməklə Putin Berlin vasitəsilə Qərbə yaxınlaşmaq istəyir. Nə üçün almanlar Konrad Adenaur Fondunun vasitəsiylə Viktor Kliçkoya açıq yardım edirlər. Birinci və İkinci Dünya Müharibəsi zamanı almanlar Ukraynanı və Rusiyanın da bir hissəsini zəbt etmişdilər. Bu alman imperializm ənənəsinin davamıdır.”
V.Nəsibov


Şərhlər