Menu

Bakıda hava mülayimləşəcək - Proqnoz

02.06.2015, 13:08

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasİyunun 3-4-də Azərbaycanın bölgələrində külək arabir güclənsə də, Bakıda və Abşeron yarımadasında hava mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, iyunun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 3-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-28 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol