Menu

“Rusiya ilə ABŞ normal münasibətlərə qayıdırr” - Lavrov

02.06.2015, 15:54

aptopix-switzerland-iran-nuclear-talks.jpg iran abs lavrov kerri nuve“Rusiya-ABŞ münasibətlərini yenilənmə adlandırmaq olmaz. “Yenilənmə”ni Hillari Klintonla Barak Obama administrasiyası fikirləşiblər. Bunu biz icad etməmişik”. APA-nın məlumatına görə, bunu “Bloomberg” telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

ABŞ və Rusiya prezidentlərinin ara-sıra telefonla danışdıqlarını deyən diplomat iki ölkənin maraqların üst-üstə düşdüyü məsələlərdə əməkdaşlıq etdiyini bildirib. “Bunu yeni “yenilənmə” yox, daha çox normal münasibətlərə dönüş adlandırardım. Liderlər arasındakı təmaslar praqmatik xarakter daşıyır”, - deyə o vurğulayıb.

Lavrov onu da bildirib ki, Rusiya sanksiyalar şəraitində uzun müddət yaşamağa hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol