Menu

Son 13 ildə Əfqanıstan və Pakistanda 149 min insan ölüb

02.06.2015, 16:29
Son 13 ildə Əfqanıstan və Pakistanda 149 min insan ölüb

2001-2014-cü illərdə Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlar nəticəsində 149 min nəfər ölüb, 162 min nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Braun universitetinin ekspertlərinin hazırladığı “Müharibənin qiyməti” adlı məruzədə deyilir.

Məruzə müəlliflərindən biri Net Krouford hesab edir ki, ötən illər ərzində Əfqanıstandakı vəziyyət nəyinki normallaşıb, əksinə daha da pisləşib.

Analitiklər qeyd edirlər ki, 2015-ci ilin ilk 4 ayı ərzində Əfqanıstanda mülki əhali arasında itkilər 16 faiz artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol