Rusiyanın “Yaxont” raketləri “Hizbullah”ın əlinə keçib. “The Wall Street Jouenal” qəzetinin məlumatına görə, ABŞ iddia edir ki, Livanın İrana bağlı “Hizbullah” hərbi qruplaşması Suriyadan Rusiya istehsalı olan gəmilər əleyhinə “səsdən iti” sürətə malik “Yaxont” raketləri alıb.
İran İsraildən gələ biləcək zərbələrin qarşısını almaq məqsədi ilə “Hizbullah”ın hərbi arsenalını təkmilləşdirmək istəyir. 2013-cü ildə İsrail Suriya ərazisinə ən azı beş dəfə aviazərbə ilə hücum edib. Amerika və İsrail hökumətlərinin məlumatına görə, bu aviazərbələr BUK-M1-2 və”Fateh-110”raket komplekslərinin “Hizbullah”ın Livandakı bazasına daşınmasının qarşısını alıb. Amerikan kəşfiyyatı məlumat verir ki, bu tədbirlərə baxmayaraq, həmin qruplaşmanın əlində döyüş vəziyyətinə gətirilməsi üçün bir neçə kompleks çatışmasa da, 12 ədəd “Yaxont” sistemi cəmləşib.


Şərhlər