AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, iyunun 5-6-da (2015) Yaponiyanın baş naziri Sindzo Abe Ukraynaya rəsmi səfərə gələcək, iyunun 7-də isə «yeddilər» Qrupunun sammitində iştirak etmək üçün buradan Almaniyaya yola düşəcək. Bu barədə məlumatı Yaponiya xarici işlər nazirliyi verib (TASS).
Məlumatı bu gün keçirilən mətbuat konfransında Yaponiya nazirlər kabinetinin baş katibi Yesixide Suqa da təsdiqləyib.
Bundan əvvəl KİV-i xəbər vermişdi ki, iyunun 6-da Kiyevdə Yaponiyanın baş naziri Sindzo Abe ilə Ukrayna prezidenti Petro Poroşenkonun görüşü olacaq. O da qeyd olunurdu ki, Ukraynaya səfəri zamanı Yaponiyanın baş naziri 29 il bundan əvvəl Atom Elektrik Stansiyasında baş vermiş ən müdhiş faciənin şəhəri Çernobıla da baş çəkə bilər.
AzPolitika.info


Şərhlər