Menu

Novosibirskdə 9 azərbaycanlıya hökm oxunub - QƏTL

03.06.2015, 10:57
Novosibirskdə 9 azərbaycanlıya hökm oxunub - QƏTL

Novosibirsk vilayət məhkəməsi mütəşəkkil qrup şəklində cinayət törədən 9 azərbaycanlıya hökm oxuyub. APA-nın “novospress.ru” saytına istinadən verdiyi məlumata görə, regional prokurorluğun bu barədə yaydığı xəbərdə bildirilir ki, 2010-2011-ci illərdə xarici vətəndaşlar Novosibirsk vilayətində yaşayan həmyerlilərini şantaj etməklə məşğul olublar. Bundan başqa, azərbaycanlılar pul almaq məqsədilə biznesmenləri girov götürmək və 5 nəfəri öldürmək cəhdində təqsirli bilinirlər. Soyğunçuluq fəaliyyətləri zamanı müxtəlif vaxtlarda yoldan təsadüfən keçən şəxslərin və hücum təşkil etdikləri “Kuri-qril” köşkünün satıcısının yaralanmasına da səbəb olublar.

Xatırladaq ki, kəllə -beyin travması alan müttəhimlərdən biri cinayət cəzasından məhrum olaraq məcburi müalicəyə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol