Menu

Dağüstü parkda intihara cəhd

03.06.2015, 12:00
Dağüstü parkda intihara cəhd

Bu gün Dağüstü parkda intihara cəhd olub.Lent.az-ın verdiyi məlumata görə, saat 08-30 radələrində Yevlax şəhər sakini, 1990-cı il təvəllüdlü Təhməzova Nərgiz İlqar qızı Dağüstü parkın ərazisində şüşə parçası ilə sol qolunun damarlarını kəsib. Həyatına qəsd edən 25 yaşlı qız Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, N.Təhməzova sevdiyi oğlana görə intihara cəhd edib. O, ilkin ifadəsində bildirib ki, sevdiyi şəxs onu atıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol