Menu

Dünya birliyini təhdid edən əsas təhlükələr - Merkel sadalayıb

03.06.2015, 15:28
Dünya birliyini təhdid edən əsas təhlükələr - Merkel sadalayıb

Xarici KİV-in yaydığı məlumata görə, «Yeddilər qrupu» ölkələri dövlət və hökumət başçılarının mayın 7-8-də Bavariyadakı Elmau qəsrində (Almaniya) keçirilməsi planlaşdırılan görüşü ərəfəsində Almaniya kasleri Angela Merkel dünya ictimaiyyətini hədələyən «əsas təhlükələr»i sadalayıb (TASS).

Kanslerin fikirlərinin yer aldığı məqalə Yaponiyanın «Yomiuri» qəzetində dərc olunub.

Almaniya kansleri deyib: «Kim düşünə bilərdi ki, «soyuq muharibə»nin sona çatmasından 26 il sonra Avropada dünya düzəni Krımın ilhaqı (Rusiyaya birləşdirilməsi) ilə yenidən pozulacaq? Çətin düşünmək olardı ki, Ebola virusu Afrikanın bir sıra ölkələrinin inkişafını təhlükə altına alacaq. Yaxın Şərqdə fəaliyyət göstərən ekstremist qrurlaşmaların hansı təhlükəyə çevrilə biləcəyini təsəvvür etmək çətin idi. Sadalanan bütün bu suallar beynəlxalq ictimaiyyətdən cavab tələb edir. Onlar (suallar - red.) G7 sammitinin gündəliyinə daxil ediləcək...»

G7 və ya «Yeddilər qrupu» - iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Birliyə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir. Əsas məqsədləri - qlobal siyasi və sosial problemlərin həlli yollarının axtarılmasından ibarətdir.

Birlik «yeddi» formatında 1976-1997-ci illərdə mövcud olub. Rusiyanın qoşulmasından sonra birlik «Səkkizlər qrupu» adlandırılıb. 2014-cü ilin martında Ukrayna hadisələri və bunun ardınca Rusiya ilə Qərb arasında yaranan böhran nəticəsində təşkilat «yeddi» formatına qayıdıb (Rusiya birlikdən kənarlaşdırılıb - red.).

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol